Pleyeri seçin:
ABŞ Ermənistanda nüvə reaktorları tikmək istəyir
ABŞ Ermənistanda və Avrasiyanın digər dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi düşünür. Rəsmi Vaşinqton onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır.
Bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi söyləyib.
“Biz bir sıra ölkələrdə, o cümlədən Ermənistanda Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, – deyə Mariya Lonqi ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində deyib. O, məsələnin təfərrüatını açıqlamayıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ
- ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
- Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI
- Arizona ştatındakı hərbi bazada atışma baş verib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
