ABŞ ilə əməkdaşlıq kimləri “qara qızıl”dan məhrum edəcək?
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda ABŞ ilə əməkdaşlıq edən ölkələrə neft ixracına icazə verilməyəcəyini bəyan edib.
Bu barədə SEPAH-ın rəsmi nümayəndəsi general Əli Məhəmməd Naini açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar davam etdiyi müddətdə İran Silahlı Qüvvələri regionda ABŞ və onun tərəfdaşlarına “bir litr belə” neft ixracına imkan verməyəcək.
“İran İslam Respublikasının Silahlı Qüvvələri mövcud ABŞ təcavüzü şəraitində regionda düşmən tərəfə və onun tərəfdaşlarına bir litr belə neft ixracına icazə verməyəcək”, – deyə Naini bildirib.
General qeyd edib ki, İran regionun enerji resurslarını və təhlükəsizliyini qorumağa hazırdır. O əlavə edib ki, İran Ordusu müharibənin genişlənməsinə də hazırdır və münaqişənin nə vaxt başa çatacağını Tehran müəyyən edəcək.
#SEPAH teqi istifadə olunub
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
- CENTCOM İranın iddiasını təkzib edib
- İran ABŞ-nin yeni sanksiyalarına qarşı hansı addımları atmağa hazırlaşır? - Baku TV
- SEPAH İranın ABŞ sanksiyalarına qarşı xüsusi mübarizə planının olduğunu açıqladı - Baku TV CANLI
- SEPAH Trampın iddiasını təkzib etdi
