Pleyeri seçin:

ABŞ-İran münasibətləri hansı halda normallaşa bilər?

06 fevral 2026 445 baxış

Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Prezident Donald Tramp ABŞ və İran arasında planlaşdırılan danışıqlardan nəticə gözləyir.

Əvvəlcə Türkiyədə keçirilməsi nəzərdə tutulan görüşün niyə Omana köçürüldüyü ilə bağlı jurnalistlərin sualını cavablandıran Levitt bildirib ki, Prezident üçün diplomatiya əsas prioritet olaraq qalır.

“İstər müttəfiqlərimiz, istərsə də düşmənlərimiz olsun, dünyanın hər yerindəki ölkələrlə münasibət qurarkən diplomatiya həmişə onun ilk seçimidir. Buna görə də xüsusi elçi Stiv Uitkoff və Cared Kuşner həmin danışıqlar üçün Omana səfər edəcəklər. Prezident onlardan yeniliklər gözləyir”, – deyə Levitt qeyd edib.

O eyni zamanda vurğulayıb ki, bu danışıqlar ABŞ-nin regionda hərbi mövcudluğunu artırdığı bir dövrdə keçirilir və Vaşinqton İranla mümkün razılaşmanın əldə olunub-olunmayacağını məhz bu görüşdən sonra dəyərləndirəcək.

Onun sözlərinə görə, diplomatik proses davam etsə də, Tehranın unutmamalı olduğu bir məqam var:

“Bu danışıqlar aparılarkən İrana xatırlatmaq istərdim ki, Prezidentin dünya tarixinin ən güclü ordusunun baş komandanı kimi diplomatiyadan başqa bir çox variantı da var”.

Eyni zamanda bildirilib ki, ABŞ-İran arasında normal münasibətlərin davam edib-etməyəcəyi isə bu məsləhətləşmələrin nəticəsindən asılı olacaq.

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 445 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 445 baxış
Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Dünya
21 sentyabr 2026 445 baxış
İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

Dünya
21 sentyabr 2026 445 baxış
Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Dünya
21 sentyabr 2026 445 baxış
Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Dünya
21 sentyabr 2026 445 baxış
Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Dünya
21 sentyabr 2026 445 baxış
Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Dünya
21 sentyabr 2026 445 baxış
Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Dünya
21 sentyabr 2026 445 baxış
Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Dünya
21 sentyabr 2026 445 baxış
Seçilmişlər
icon