ABŞ İranla hansı razılaşmanı istəyir? | Tramp Çin səfərindən nələr qazandı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Asiya-Sakit okean regionuna ən mühüm səfərimi həyata keçirdim. Çoxsaylı razılaşmalar əldə etdik və məqsədimiz təhlükəsizlik və sülhü təmin etməkdir".
Bu sözləri Çin səfəri ilə bağlı mətbuata açıqlaması zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
Yaxın dövrdə yanacağın qiymətlərinin daha sürətlə ucuzlaşmaqda davam edəcəyini vurğulayan Tramp yanacağın qiymətlərinin İranla məsələləri necə həll edəcəklərindən asılı olduğunu bildirib.
"İranla saxta deyil, həqiqi razılaşma əldə etmək istəyirik. İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir", – deyə Tramp qeyd edib.
Çin lideri ilə süni intellekt istifadəsinə dair ortaq qaydalar müəyyənləşdirmək barədə razılığa gəldiyini deyən Tramp sözlərinə belə davam edib: "Superintellekt sahəsində Çini qabaqlayırıq. Bu yarışda qalib gələn hər şeyə sahib olacaq".
Donald Tramp eyni zamanda ABŞ-dən kənarda məlumat mərkəzləri qurmağa çalışan ABŞ şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq edəcəklərini bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"
- Trampdan Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı müsbət mesaj - Baku TV CANLI
- İsrailin təqdim etdiyi kəşfiyyat məlumatları Trampın qərarını dəyişəcəkmi?
- Şençjen görüşündən sonra ABŞ, Çin və Rusiya arasında münasibətlər necə dəyişəcək? - Baku TV
- Tramp, Si və Putin eyni masada: Şençjen görüşü ən çox kimə lazım idi? - Baku TV CANLI
