ABŞ İranla memorandum imzalandıqdan sonra qoşunlarını regiondan çıxaracaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranla qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra 30 gün ərzində İrana bitişik ərazilərdən qoşunlarını çıxaracaq.
Bu barədə İranın IRNA agentliyi memorandumun mətninə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd imzalandıqdan sonra Vaşinqton dəniz blokadasının mərhələli şəkildə ləğvinə başlayacaq və bu proses 30 gün ərzində tam başa çatdırılacaq. İran isə öz növbəsində dəniz nəqliyyatını müharibədən əvvəlki səviyyədə bərpa edəcək.
Memorandumun doqquzuncu bəndinə əsasən, sənəd imzalandığı andan etibarən ABŞ-nin regiona əlavə hərbi qüvvələr göndərməsi qadağan olunur. Bildirilir ki, İrana qarşı sanksiyalar və nüvə proqramı ilə bağlı yekun razılaşmanın 60 gün ərzində əldə olunması nəzərdə tutulur. Zərurət yaranacağı təqdirdə bu müddətin uzadılması da mümkün olacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun yaxın 48 saat ərzində İranla qarşılıqlı anlaşma memorandumu imzalamağı planlaşdırdığını bildirmişdi.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM
