ABŞ Meksika ilə sərhəddə imkanlarını genişləndirir | Hərbçilər burada nə edəcək? - Baku TV
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib.
Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir.
Amerika hərbçiləri "Alovlu avanqard" əməliyyatı çərçivəsində Texas ştatındakı Rio-Qrande çayı vadisi ərazisində yerləşdirilib.
Meksika rəsmiləri qeyd edib ki, bu addımlar sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və potensial təhdidlərin aşkarlanması üzrə imkanların genişləndirilməsinə yönəlib.
Öz növbəsində Meksika HDQ "Qılınc" əməliyyatı çərçivəsində Tamaulipas ştatındakı sərhədyanı Matamoros şəhərinə 159 hərbçi, 11 nəqliyyat vasitəsi və iki pilotsuz uçuş aparatı (PUA) göndərib.
Mexikoda vurğulayıblar ki, iki ölkənin qarşılıqlı fəaliyyəti suverenliyə hörmət və qarşılıqlı etimad əsasında reallaşdırılır. Meksika HDQ şimal sərhədində patrul xidmətini davam etdirəcək, tərəflər arasında məlumat mübadiləsi isə müəyyən olunmuş kanallar vasitəsilə həyata keçiriləcək.
#ABŞ Silahlı Qüvvələri teqi istifadə olunub
- Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur
- Hörmüzdəki gərginlik gəmi marşrutlarına belə təsir etdi - Baku TV
- İran edilən hücuma qarşılıq verərsə, reaksiyamız güclü olacaq | Trampdan sərt xəbərdarlıq- Baku TV
- CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
- ABŞ qüvvələri Hörmüz boğazında hərbi əməliyyata start verib - Baku TV
