ABŞ muzdluları Rusiya ərazisinə girdi? - Rusiya mətbuatından sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Kursk vilayətinə hücumda iştirak edən Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri arasında Amerikanın özəl hərbi şirkəti “Forward Observation Group”un muzdluları da var.
Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Eyni zamanda hərbi qruplaşma Kiyevin qadağasını əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.
“Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyinə hörmətlə, bütün suallar onlara ünvanlanmalıdır. Heç bir şərhimiz yoxdur”, – “RİA Novosti” şirkətin Rusiya regionuna hücumda iştirak edib-etməmələri ilə bağlı suala cavabını yayıb.
Qrup “Instagram”da muzdluların fotosunu dərc edib. Görüntülərdə hərbçilər HMMWV zirehli maşınının qarşısında poza veriblər.
“Uşaqlar Kurskdadır”, – fotoya yazılan şərhdə coğrafi yer kimi Kursk bölgəsi göstərilir.
Mediada yayılan xəbərlərə görə, fotonun mərkəzində şirkətin qurucusu Derrik Beylz yer alıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
