“ABŞ-nin əsas məqsədi...” | Rubiodan Ukrayna barədə açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, həm Moskva, həm də Vaşinqton növbəti Putin-Tramp görüşünün Ukrayna üzrə konkret nəticə ilə yekunlaşmasının vacibliyi barədə razılığa gəlib.
Rubio bu fikirləri Kanadanın Ontario əyalətində keçirilən G7 xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 20 oktyabrda Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi telefon danışığında da bu məsələ müzakirə olunub.
“Düşünürəm ki, hər iki tərəf razılaşıb ki, növbəti dəfə prezidentlər görüşəndə konkret nəticə əldə olunmalıdır. Biz real və müsbət nəticə əldə etməyə çalışırıq və bunun baş verəcəyinə ümid edirik”, – M.Rubio vurğulayıb.
O əlavə edib ki, ABŞ-nin əsas məqsədi Ukraynada münaqişəyə son qoymaqdır.
#Marko Rubio teqi istifadə olunub
- “Biz bunu Amerikanın böyüməsi kimi görürük” | Rubio 200 nəfərlə Səmərqəndə niyə getmişdi? - Baku TV
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama
- ABŞ dövlət katibi Avropaya hansı mesajı verdi?
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
