Pleyeri seçin:

ABŞ-nin hərbi əməliyyat planları ortaya çıxdı | Tramp isə dedi ki...

25 mart 2025 389 baxış

ABŞ-də “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq səhvən yüksəkvəzifəli şəxslərin olduğu qrupa əlavə edilib və məxfi danışıqların şahidi olub.

Belə ki, Cefri ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts tərəfindən Yəməndə husilərə qarşı çox məxfi hərbi əməliyyatları müzakirə etmək üçün yaradılan çata əlavə edilib.

Mövzu barədə açıqlama verən jurnalist bildirib ki, martın 11-i Maykl Uolts onu Yəmənə endiriləcək hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil edib. İki gün sonra isə hərbi əməliyyatlar barədə danışıqlar başlayıb.

O bildirib ki, martın 15-i ABŞ Yəməndə husi hədəflərini bombalayıb, lakin C.Qoldberq hadisədən təxminən 2 saat əvvəl artıq bunun olacağını bilib:

“Bunu bilməyimin səbəbi o idi ki, ABŞ müdafiə naziri Pit Heqset sözügedən qrupa müharibə planını mesajla göndərmişdi. Plana silah paketləri, hədəflər və vaxt haqqında dəqiq məlumatlar daxil idi. Maykl Uoltsla tanışlığımın olmasına baxmayaraq, düşündüm ki, kimsə məni tələyə salmaq üçün özünü M.Uolts kimi təqdim edərək qrupa əlavə edib”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes məsələnin mediada müzakirəsindən sonra açıqlama verərək gündəmə gələn mesaj mövzusunun necə baş verdiyinin araşdırıldığını bildirib.

ABŞ Prezidenti Donald Tramp isə mövzu ilə bağlı suala “Mənim bu mövzuda heç bir məlumatım yoxdur”, ‒ deyə cavab verib.

“Atlantic” jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlara heç bir təsirinin olmadığını da qeyd edib. Pit Heqset isə açıqlama verərək Yəmən müharibəsi planları ilə bağlı SMS göndərilməsini yalan adlandırıb, jurnalisti saxtakarlıqla məşğul olmaqda ittiham edib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 389 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 389 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 389 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 389 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 389 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 389 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 389 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 389 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 389 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 389 baxış
Seçilmişlər
icon