ABŞ-nin hipersəs silahlarına və müasir qanadlı raketlərə qarşı müdafiəsi yoxdur?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hazırda hipersəs silahları və müasir qanadlı raketlərə qarşı effektiv müdafiə sistemlərinə malik deyil.
Bu barədə ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Mark Berkovitz Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-nin mövcud müdafiə sistemi olduqca məhduddur və əsasən Şimali Koreyadan gələ biləcək kiçikmiqyaslı hücumların qarşısını almaq üçün nəzərdə tutulub.
Berkovitz qeyd edib ki, ölkənin digər ballistik raket hücumlarına qarşı imkanları da kifayət qədər zəifdir.
“Hazırda hipersəs silahları və müasir qanadlı raketlərə qarşı müdafiə vasitələrimiz yoxdur”, – deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ-də yeni nəsil raketdən müdafiə sistemi olan “Qızıl günbəz” proqramı çərçivəsində bu sahədə imkanların genişləndirilməsi nəzərdən keçirilir.
#ABŞ teqi istifadə olunub
- Avropanın qarşısında 5 seçim | Kuşnerdən diqqətçəkən açıqlama gəldi - YENİ BİR SƏHƏR
- 2,5 min dəniz piyadası regiona göndərilib
- Vəsait infrastrukturun bərpasına və yeni fəlakət risklərinin azaldılmasına yönəldiləcək
- Trampdan miqrasiya ilə bağlı kritik mesaj | Qərb daha sərt qərarlar verəcək? - Baku TV
- Pezeşkiandan xəbərdarlıq: İqtisadi təzyiq Tehranı danışıqlara aparacaq? - Baku TV
