Pleyeri seçin:

"ABŞ-nin İranla ədavəti bir razılaşma ilə yox olmayacaq" | İsmayıl Bəqai

25 iyun 2026 324 baxış

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İranla ədavəti bir razılaşmanın imzalanması ilə yox olmayacaq.

Bəqai bunu "X" sosial şəbəkə hesabında yazıb.

"İran son 50 ilin təcrübəsini, xüsusən son bir il yarımın hadisələrini nəzərə alaraq, hər bir addımı diqqətlə atacaq", – deyə o bildirib.

Bəqainin fikrincə, Amerikanın hakim dairələri İran xalqına münasibətdə heç vaxt dürüstlük nümayiş etdirməyib.

"Belə bir etimadsızlıq üçün bütün əsasları olan İran xoş niyyətlə diplomatik prosesə qoşulub və müharibənin dayandırılması haqqında memorandum imzalayıb", – deyə XİN sözçüsü xatırladıb.

Onun sözlərinə görə, ABŞ rəsmilərinin müharibənin dayandırılması haqqında memoranduma dair ziddiyyətli bəyanatları İranın etimadsızlığını azaltmağa kömək etməyəcək. ABŞ-nin hakim dairələri yadda saxlamalıdırlar ki, "öhdəliyə qarşı öhdəlik" prinsipi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini və memorandumun aydın mətninə tamamilə zidd olan şərhlərdən qaçınmağı nəzərdə tutur.

Qeyd edək ki, İsmayıl Bəqai daha əvvəlki paylaşımında ABŞ dövlət katibi Marko Rubionun İrana qarşı səsləndirdiyi ittihamlara cavab verib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 324 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 324 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 324 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 324 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 324 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 324 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 324 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 324 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 324 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 324 baxış
Seçilmişlər
icon