ABŞ-nin ittihamına Gürcüstandan reaksiya | ABŞ sübut etsin ki..!
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ABŞ-yə müraciət edərək ölkə ərazisindən Rusiyaya qarşı sanksiyalardan yayınma ittihamlarına aydınlıq gətirilməsini tələb edib.
Bu barədə nazirliyin bəyanatında deyilir.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti artıq amerikalı həmkarları ilə əlaqə saxlayıb və bu bəyanatın Gürcüstanla bağlı hansı dəlil əsasında verildiyinə aydınlıq gətirilməsini istəyib. Əgər konkret sübut varsa, Amerika tərəfindən bunu Gürcüstanla bölüşməsi xahiş olunub”, – bəyanatda bildirilib.
Bundan əlavə, qeyd edilir ki, komitəyə Gürcüstanın beynəlxalq sanksiyaları pozmasını təsdiqləyən hər hansı konkret fakt təqdim edilməyib.
Qeyd edək ki, amerikalı senatorların, maliyyə ekspertlərinin iştirakı ilə keçirilən iclasda Gürcüstanın Rusiyaya yarımkeçiricilərin tədarük edildiyi ölkə kimi istifadə olunduğu bildirilib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
