Pleyeri seçin:

ABŞ-nin tələbləri qəbul edilmədi | Mən ölkəmizi sata bilmərəm

19 fevral 2025 212 baxış

Ukrayna Prezidenti Volodimir Zelenksi sülh danışıqlarının gündəmdə olduğu bir vaxtda ABŞ tərəfinin tələblərini ciddi qəbul etmədiyini açıqlayıb.

Volodimir Zelenksi Ukrayna Ordusunun kifayət qədər güclü olduğunu bildirib:

“Biz Avropanın ən möhkəm ordusuna sahibik. Bu güc bizə digər tərəfdaşlarla, yəni müttəfiq və ya düşmənlərlə bərabər səviyyədə danışmaq imkanını yaradır. Düşünürəm ki, ilk növbədə mübarizə apardığımız tərəflərə baxmalıyıq. Rusiyanın bütün güzəştləri ilə razılaşmaq qərarını əhalinin yalnız 1 %-i dəstəkləyir. Bizim cavabımız budur.

Mən Ukraynanı müdafiə edirəm. Ölkəmizi sata bilmərəm. Hər şey bu qədər sadədir. Mən onlara hətta təklif də etdim. Siz bizə təminat verin, biz də qarşılıqlı razılaşma əsasında memorandum imzalayaq. Lakin mənə çox böyük rəqəmlər təqdim etdilər. Təbii ki, “yox” cavabını verdim. Bu məsələ ilə bağlı hüquqşünaslar məşğul olsunlar. Mən bu sənədlərin detallarına toxunmayacağam.

Ümumi olaraq isə ABŞ bizə təxminən 60 milyard hərbi yardım və daha 31,5 milyard maddi dəstək verib. Biz bütün bunlar üçün minnətdarıq. Lakin istənilən halda bu rəqəm 500 milyard ola bilməz. “Bütün bunlar 500 milyarda başa gəldi, ona görə də bizə bu məbləği qaytarın” kimi tələbin qarşımıza qoyulması absurddur. Mən bunu ciddi hesab etmirəm”.

Xatırladaq ki, bu, Kiyev liderinin ilk belə çıxışı deyil. V.Zelenski son günlər verdiyi açıqlamaları ilə həm ABŞ, həm də Rusiya tərəfinin istəkləri ilə razılaşmadığını bildirib. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 212 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 212 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 212 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 212 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 212 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 212 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 212 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 212 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 212 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 212 baxış
Seçilmişlər
icon