ABŞ-nin Ukrayna planında nələr var?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ tərəfindən Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı təklif olunan plan həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini və hərbi cinayətlərin araşdırılmasının dayandırılmasını nəzərdə tutur.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Moskva ilə məsləhətləşmələr əsasında hazırlanmış planı nəzərdən keçirməsi barədə siqnallar alıb.
Agentliyin məlumatına əsasən, plan Ukraynadan Donbasın şərqindəki bəzi ərazilərin Rusiyaya verilməsini, sanksiyaların ləğvini və hərbi cinayətlərin araşdırılmasının dayandırılmasını nəzərdə tutur.
Bundan əlavə, Kiyev ordunun sayının məhdudlaşdırılmasına razılıq verməli olacaq.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsi alıb. Bunu Ukrayna liderinin ofisi “Telegram” kanalında bəyan edib.
“Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb”, – deyə məlumatda qeyd olunur.
Zelenskinin ofisi vurğulayıb ki, Ukrayna tərəfi ABŞ tərəfdaşları, eləcə də Avropa və digər beynəlxalq iştirakçılarla konstruktiv işləməyə hazır olduğunu təsdiqləyib.
“Ukrayna Prezidenti yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla diplomatik imkanları və sülhün əldə olunması üçün əsas şərtləri müzakirə etməyi planlaşdırır”, – deyə bəyanatda qeyd olunub.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
