ABŞ Prezidenti İranla bağlı nə danışdı? | Açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranla nüvə proqramı ilə bağlı danışıqlar düzgün istiqamətdə davam edir”.
Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə səsləndirib.
O qeyd edib ki, Tramp bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb və onlar İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsini müzakirə ediblər.
Liderlər həmçinin düzgün istiqamətdə irəliləyən İranla potensial sövdələşmədən də danışıblar.
“İranla bu razılaşma iki yolla bitə bilər. Bu, çox müsbət diplomatik həllə tamamlana bilər və ya Tehran üçün son dərəcə mənfi sonluqla nəticələnə bilər. Ona görə də bu danışıqlar bu həftənin sonunda baş tutacaq”, ‒ deyə Ağ Evin mətbuat katibi əlavə edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
