Pleyeri seçin:
ABŞ Prezidenti Pekin qarşısında nə şərt qoydu?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər rəsmi Pekin ABŞ-nin tariflərinə qarşı cavab tədbirlərindən imtina etməsə, ABŞ Çindən idxal edilən məhsullara əlavə rüsumlar tətbiq edəcək".
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.
"Çin 8 aprel 2025-ci il tarixinə qədər daha əvvəl tətbiq edilən uzunmüddətli ticarət məhdudiyyətlərini aşan 34 faiz artımını ləğv etməsə, ABŞ aprelin 9-dan etibarən 50 faiz həcmində əlavə rüsumlar tətbiq edəcək", ‒ deyə Ağ Ev lideri bildirib.
D.Tramp əlavə edib ki, Çinlə ABŞ tərəfindən tələb edilən görüşlərlə bağlı bütün danışıqlar dayandırılacaq.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
