ABŞ rəsmiləri İranla danışıqların növbəti mərhələsi üçün Pakistana gedir - Baku TV
"Mənim nümayəndələrim Pakistanın İslamabad şəhərinə gedir".
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"New York Post"un yazdığına görə, danışıqlar bu həftə bərpa olunacaq.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, keçmiş baş müşaviri Cared Kuşner Pakistan səfərinə hazırlaşır.
Qeyd edək ki, yeni danışıqlar raundu İranın Hörmüz boğazından keçmək istəyən tankerlərə atəş açmasından sonra keçirilir. Halbuki İran rəsmiləri bundan əvvəl Trampa boğazın yenidən açıldığını bildirmişdi.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Bu barədə Abbas Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.
"İran və Pakistanın xarici işlər nazirləri ən son regional və beynəlxalq proseslər, eləcə də ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar", – deyə məlumatda bildirilib.
#Donald Tramp teqi istifadə olunub
- Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama
- Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib
- Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur
- ABŞ Prezidenti BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı rəsmi mövqeyini açıqladı - Baku TV
- Zelenski və Trampın Nyu-Yorkda görüşməsi ilə bağlı razılıq əldə edilib - Baku TV
