Pleyeri seçin:
ABŞ rəsmisi Marko Rubiondan Ukrayna ilə bağlı iddialara cavab
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllində Rusiya Prezidenti Vladimir Putinə heç bir güzəştə getməyib”.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın Respublikaçılar administrasiyasının Ukrayna ilə bağlı siyasətini tənqid etməsinə cavab olaraq bildirib.
İclasda iştirak edən senatorlardan biri deyib ki, Tramp administrasiyası Ukrayna ilə danışıqlar başlamazdan əvvəl Rusiyaya təzyiq rıçaqı əldə etməyə imkan verib. M.Rubio isə bu fikirlə razılaşmayıb.
“Rusiyaya qarşı heç bir sanksiya ləğv edilməyib. Əvvəlki administrasiya dövründə tətbiq edilən bütün sanksiyalar qüvvədədir. Təzyidən imtina fikri doğru deyil. Putinə heç bir güzəştə gedilməyib”, ‒ deyə ABŞ dövlət katibi vurğulayıb.
Kopyalandı
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
