ABŞ səfiri ilə görüşün qisası? - Ermənistana gözlənilməz zərbə
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq bir neçə gündür Ermənistanın ən böyük yükdaşıma şirkəti olan “Spayka”nın 100-dən çox yük maşınının Rusiyaya girişi dayandırılıb.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları heç bir əsas olmadan yük maşınlarını ölkə ərazisinə buraxmırlar:
“Ermənistanın müvafiq orqanları bununla bağlı Rusiya tərəfdən heç bir xəbərdarlıq almadıqlarını bəyan ediblər. Siyasi dairələr Rusiyanın “Spayka”ya münasibətinin siyasi olduğunu deyirlər.
Son vaxtlar bu şirkətin direktoru tez-tez ABŞ-nin Ermənistandakı səfiri ilə görüşür və bununla bağlı rusların xoşuna gəlməyən məqalələr, videolar yayılır. Son görüş təxminən iki həftə əvvəl baş tutub.
Məsələ ilə əlaqədar şirkətdən bildirilib ki, səfir Quinn və ABŞ səfirliyinin nümayəndə heyəti şirkətin istehsal müəssisələrini gəzib və səfərin sonunda ABŞ-Ermənistan iqtisadi əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəyirmi masa keçirilib.
“Spayka” Ermənistanın ən böyük aqroholdinqidir. Yük maşınlarının hərəkətinin bloklanması təkcə şirkətə deyil, Ermənistanın kənd təsərrüfatı istehsalçılarına da ciddi zərbə vura, ixracda ciddi problemlər yarada bilər”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
