ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb.
"Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb".
Bunu ABŞ-nin müharibə naziri Pit Heqset açıqlayıb.
Onun sözlərinə görə, əməliyyat İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib.
Nazir vurğulayıb ki, ABŞ-nin hərəkətləri 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma birbaşa cavabdır.
"Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – deyə P.Heqset bildirib.
O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdirib və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər.
"Biz düşmənlərimizi izlədik və öldürdük. Davam edəcəyik", – deyə Pentaqon rəhbəri əlavə edib.
Qeyd edək ki, əsas zərbə İŞİD-in Deyr əz-Zor vilayətindəki mövqelərinə endirilib.
Hazırda Suriyanın şimalında bombardmanlar dayandırılıb, lakin ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri bölgədə patrul uçuşlarını davam etdirir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
