ABŞ televiziyasında Ərdoğan qalmaqalı: başçı aparıcıya od püskürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda səfəri zamanı “PBS” kanalına müsahibəsində zamanı müxbirin ona Sedef Kabaş, Osman Kavala və Səlahəddin Dəmirtaşın həbsi ilə bağlı verdiyi təxribatçı suallara sərt reaksiya verib.
Ərdoğan Səlahəddin Dəmirtaşın terrorçu və 200-dən çox insanın ölümün səbəb olduğunu, buna görə də məhkəmənin qərar verdiyini bildirib: “Onların həbsi sizi niyə bu qədər narahat edir? Türkiyə hüquq dövlətidir. Hüquq dövlətində belə qərarlar məhkəmə tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin verdiyi bu qərara hörmətlə yanaşaq. Mən ədliyyə adından danışacaq vəziyyətdə deyiləm. Sizin qeyd etdiyiniz bu şəxs Kavala qanunsuz-təxribatçı etirazların maliyyəçisi olub”.
Verilişin aparıcısının sözünü kəsməsinə sərt reaksiya verən Ərdoğan deyib: “Sənin sözümü kəsməyə haqqın yoxdur. Məhkəmənin verdiyi qərar hörmət edəcəksən”.
Prezident Ərdoğan əlavə edib: “Amerika məhkəməsi məhkəmədir, Türkiyənin məhkəməsi məhkəmə deyil? Türkiyənin məhkəmə sisteminə də hörmət etməyə məcbursunuz”.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
