ABŞ Ukraynanı "Tomahawk" raketləri ilə təchiz edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Ukraynanı "Tomahawk" qanadlı raketləri ilə təchiz etmə ehtimalı Rusiya-ABŞ münasibətlərində ciddi gərginliyə səbəb olub. Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, bu addım münasibətlərdə yaranmış bütün müsbət meyillərin məhvinə gətirib çıxaracaq və iki ölkə arasındakı əlaqələri poza bilər. Bu bəyanatdan əvvəl ABŞ Prezidenti Donald Tramp BMT-də Ukrayna lideri Volodimir Zelenski ilə görüş zamanı Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu bildirmişdi. Ardınca Vitse-prezident Cey Di Vens Vaşinqtonun "Tomahawk" raketlərinin Ukraynaya mümkün tədarükünü müzakirə etdiyini təsdiqləyərək, yekun qərarın Trampa aid olduğunu vurğulayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
