ABŞ Ukraynaya “Tomahawk” əvəzinə nə vəd edir? | Vaşinqtondan Kiyevə iqtisadi dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ukraynaya "Tomahawk" raketləri əvəzinə gömrük rüsumlarından 10 il müddətinə azad olunmağı tövsiyə edib.
"The Wall Street Journal" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı üçün belə bir güzəşt raketlərin tədarükündən daha faydalı olardı.
"Bir ovuc raket nəyə yarayacaq ki?", – deyə nəşr onun sözlərini sitat gətirir.
Xüsusi nümayəndə əlavə edib ki, rüsumların ləğvi maliyyə yükünü azalda və Ukrayna iqtisadiyyatı üçün əlavə stimullar təmin edə bilər.
Qeyd edək ki, "Tomahawk" ABŞ istehsalı olan yüksək dəqiqli ortamənzilli qanadlı raketdir. O, sualtı və quru bazalardan istifadə üçün nəzərdə tutulub. Komanda məntəqələri, radiolokasiya stansiyaları, HHM batareyaları, aerodromlar və digər hədəflərin vurulması üçün istifadə olunur. Sürəti saatda 885 kilometrə qədərdir, zərbə radiusu isə 1250-2500 kilometr təşkil edir.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM
