ABŞ Ukraynaya yardım göstərilməsi ilə bağlı qanun layihəsini qəbul edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqtonda ümidlər artır ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 20-də Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsini qəbul edəcək.
Bu barədə “Faynənşl Tayms”da yayılan məqalədə bildirilib.
Qeyd edilib ki, bununla da respublikaçıların müqaviməti nəticəsində aylardır davam edən çıxılmaz vəziyyətə son qoyulacaq. Lakin müharibədən yorulmuş Ukraynada əhvali-ruhiyyə kəskin şəkildə fərqlidir:
“ABŞ-də qanun layihəsinin qəbulu çox ehtiyac duyulan artilleriya sursatlarının cəbhəyə göndərilməsinə imkan verəcək. Bu da çox güman ki, Ukraynadakı “mərmi aclığını” azaldacaq. Döyüş meydanındakı komandirlər deyirlər ki, Rusiya hazırda hər Ukrayna mərmisinə 10-dan çox mərmi ilə cavab verir. Lakin Kiyev yenə də ciddi canlı qüvvə çatışmazlığı ilə üzləşəcək”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
