ABŞ və Britaniya qırıcıları hücuma keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yəməndə husilər kimi tanınan “Ənsarallah” silahlı qruplaşmasının üzvləri ilə ABŞ-Böyük Britaniya hərbi koalisiyası arasında yenidən silahlı qarşıdurma olub.
Nəticədə koalisiyaya məxsus hərbi hava qüvvələri Yəmənin Saada və Hudeydə şəhərlərinə aviazərbələr endirib. Buna cavab olaraq Husilər Qırmızı dənizdə İsrailə gedən və Britaniyaya məxsus ticarət gəmisinə hücum edib.
Bu barədə məlumatı hərəkatın hərbi nümayəndəsi Yəhya Sariye bildirib.
“Yəmən hərbi-dəniz qüvvələri Qırmızı dənizlə Fələstin ərazilərindəki limana gedən Böyük Britaniya ticarət gəmisinə gəmi əleyhinə raketlə zərbələr endirib”, – deyə o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Britaniya tərəfi Hudeydə limanından 57 gəmiyə hücum edildiyini bildirmişdi.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
