Pleyeri seçin:

ABŞ və Çin liderləri süni intellektlə bağlı nələri müzakirə edəcəklər?

07 may 2026 437 baxış

Vaşinqton və Pekin ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında keçiriləcək görüşün gündəliyinə süni intellekt məsələsinin daxil edilməsini nəzərdən keçirir.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, tərəflər süni intellektin gözlənilməz davranışı, avtonom hərbi sistemlərin tətbiqi və açıq mənbəli güclü modellərdən hücum məqsədilə istifadə risklərini müzakirə etmək istəyirlər.

Nəşr qeyd edib ki, daha güclü süni intellekt modellərinin yaradılması uğrunda yarış hər iki ölkənin idarə etməkdə çətinlik çəkəcəyi böhrana səbəb ola bilər.

Qəzetin yazdığına görə, süni intellekt mövzusunun sammitin gündəliyinə daxil edilməsi ilə bağlı yekun qərarı Donald Tramp və Si Cinpin verəcəklər.

“The Wall Street Journal” xatırladıb ki, 2023-cü ildə Si Cinpin və həmin dövrdə ABŞ Prezidenti olan Co Bayden süni intellekt sahəsində dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər. 2024-cü ildə Peruda keçirilən görüşdə isə tərəflər nüvə silahları sahəsində süni intellekt üzərində insan nəzarətinin qorunmasının vacibliyini vurğulamışdılar.

Qeyd edək ki, Donald Trampın Çinə səfəri mayın 14-15-nə planlaşdırılıb.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 437 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 437 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 437 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 437 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 437 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 437 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 437 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 437 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 437 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 437 baxış
Seçilmişlər
icon