ABŞ və Çin liderlərinin salamlaşma anında hansı mesaj verildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın görüşün əvvəlində əl verib görüşmə zamanı əl sıxma müddəti 14 saniyə davam edib.
Xarici media xəbər verir ki, liderlərin əl sıxma anı diqqətdən yayınmayıb. Belə ki, Tramp liderlərlə salamlaşma zamanı əl sıxarkən qələbə jesti nümayiş etdirmək məqsədilə qarşısındakını daha çox özünə tərəf çəkir. Lakin Çin lideri 14 saniyəlik əl sıxma zamanı Trampa liderlik etməyə imkan verməyib.
Əvvəlcə ovuclar Trampa daha yaxın olsa da, amma sonra Si Cinpin vəziyyəti bərabərləşdirdi və ovuclar liderlər arasında bərabər məsafədə saxlanıldı.
Amerika Prezidenti sol əli ilə Si Cinpinin ovucunu dəfələrlə möhkəmcəsinə sıxdı. Salamlaşmadan sonra liderlər əllərini açdılar. Tramp da əlini Çin liderinin dirsəyinə qoydu.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
