ABŞ və Ermənistanın imzaladığı sənəd regiona təsir edə bilər? | İranlı erməni ekspertdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Əgər balanslaşdırılmış siyasət yürütməkdən danışırıqsa, o zaman Ermənistanın İranla da ABŞ ilə olduğu kimi strateji tərəfdaşlıq haqqında eyni sənədi imzalamağa bütün əsasları var.
Bunu iranlı erməni ekspert Nver Davtyan deyib.
Onun sözlərinə görə, Ermənistanın İranla strateji əməkdaşlıq qurmaq üçün ABŞ-dən daha çox səbəbi var. Çünki strateji xarakterli sənədin imzalanması tərəflərin ümumi maraqlarının və təhdidlərinin olması deməkdir.
“Mənə maraqlıdır ki, ABŞ və Ermənistanı hansı ümumi maraq və təhdid birləşdirir. Burada terrorizmlə mübarizə ilə bağlı bənd də tam aydın deyil”, – deyə o qeyd edib.
İranlı erməninin fikrincə, ABŞ ilə imzalanmış sənəddə bəndlər var ki, onların həyata keçirilməsi Ermənistanın özü üçün müəyyən fayda gətirir, lakin bütün müddəaların tam yerinə yetirilməsi regiondakı vəziyyəti nəzərə alaraq problemlər yarada bilər.
Erməni ekspert İranın sazişin imzalanmasına rəsmi reaksiya verməməsini İslam Respublikası Təhlükəsizlik Şurasının katibinin Azərbaycan və Ermənistana bu yaxınlarda səfəri ilə əlaqələndirib.
“Bu sənədin imzalanması müəyyən sahələrdə əməkdaşlığın intensivləşdirilməsi üçün hüquqi baza yaradır, lakin onların həyata keçirilməsi tərəflərin siyasi prioritetlərindən asılıdır. İranda da bunu başa düşürlər. ABŞ-nin regionda yeni seçilmiş Prezident Donald Tramp Administrasiyası zamanı prioritetlərinin nə olacağı məlum deyil”, – deyə N.Davtyan vurğulayıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
