Pleyeri seçin:

ABŞ və İran arasındakı buzlar əriyir? | Trampdan gözlənilməz açıqlama

08 iyul 2025 489 baxış

“İrana qarşı çox ağır sanksiyalarımız var. Bu məhdudiyyətləri uyğun vaxtda ləğv etmək istərdim. İrana dinc şəkildə bərpa olunmaq üçün vaxt vermək istərdim, amma daha “Amerikaya, İsrailə ölüm” şüarları səsləndirməsinlər”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı deyib.

Bununla da Tramp İranın ali rəhbəri Seyid Əli Xamaneini İsrailin məhv edilməsi ilə bağlı çağırışları tərgitməyə səsləyib.

ABŞ-nin İrandan tələb etdiyi digər məsələ isə proksi qüvvələrinə dəstəyin dayandırılmasıdır. Söhbət Yaxın Şərqdəki “Hizbullah”, HƏMAS və “Ənsar Allah” kimi qruplaşmalardan gedir.

ABŞ Prezidentinin İranla bağlı açıqlamanı İsrailin Baş naziri ilə görüşdə səsləndirməsi də xüsusi məna daşıyır. Bu onu göstərir ki, İsrailin təhlükəsizliyi ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir.

Trampın barışıq təklifi İranda müəyyən etirazlara səbəb ola bilər. Çünki ABŞ-nin İranla 2018-ci ildə əldə edilmiş nüvə razılaşmasından birtərəfli şəkildə çıxması, həmçinin 2025-ci ildə 12 günlük müharibə zamanı nüvə obyektlərinə zərbə endirməsi islam respublikasının mühafizəkar dairələrini hiddətləndirib.

Yəni onsuz da dialoqa qarşı olanlar danışıqları indi daha çox qınayırlar. Amma bir məsələni də nəzərə alaq ki, 12 günlük müharibə İrandakı mühafizəkar qüvvələrə ağır zərbə vurub. İsrailin hücumu zamanı Əli Xameneinin ortalıqda olmaması, əvəzində Prezident Məsud Pezeşkianın görüşlər keçirməsi islahatçılara olan etimadı artırıb. Çox güman ki, Pezeşkian Trampla Xameneini barışdıra biləcək. Yoxsa İran hazırkı ağır vəziyyətdən tezliklə çıxa bilməz.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 489 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 489 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 489 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 489 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 489 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 489 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 489 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 489 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 489 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 489 baxış
Seçilmişlər
icon