Pleyeri seçin:

ABŞ və İsrailin Suriya barədə qalmaqallı planı | Mənbic Türkiyə üçün niyə önəmlidir?

12 dekabr 2024 358 baxış

Türkiyənin dəstək verdiyi Suriya Milli Ordusunun son əməliyyatları və qazandığı strateji uğurlar Ankaranın əlini gücləndirir.

Mənbicin Azad Suriya Ordusu tərəfindən PKK-nın törəmələri olan YPG / PYD qruplarından təmizlənməsi və burada nəzarəti bərpa etməsi Türkiyənin sərhəd təhlükəsizliyi baxımından önəmlidir.

ABŞ və İsrail faktiki olaraq bu qruplara dəstək verir və Suriyada kürd muxtariyyətinin yaradılmasına çalışır. Mənbic 2016-cı ildə ABŞ-nin dəstəyi ilə PYD-nin nəzarətinə keçib. Təşkilatın rəhbəri Salih Müslümün Türkiyə əlehinə verdiyi açıqlamalar, PKK ilə açıq əlaqələr qurması Türkiyədə narahatlıq yaratmışdı. Həmin vaxt Vaşinqton Ankaranın sərt reaksiyası ilə üzləşdi və Mənbici azad edəcəyinə söz verdi. Lakin ABŞ sözünün üstündə durmadı. Onun Türkiyəyə qarşı bu davranışını 2019-cu ildə Rusiya da təkrarladı.

Ümumiyyətlə, hər nə qədər Rusiya və Türkiyə Suriyada müttəfiqlik qurmaq üçün anlaşsalar da, elə hamısı kağız üzərində qaldı. İndi Türkiyə bu işi müttəfiq qruplaşma vasitəsilə həyata keçirir. Mənbicin itirilməsi PYD/YPG üçün böyük problemlər yaradır.

Qruplaşma Fərat çayının şərq sahillərində strateji mövqelərini itirdi. Radikal kürd qruplar artıq Fəratın qərbində mövqe tutmağa məcbur olacaqlar. Əvəzində isə Türkiyə Fəratın şərqində möhkəmləndi. Bu da Ankaraya Suriyada gələcək əməliyyatlar üçün böyük üstünlük gətirəcək. Eyni zamanda Türkiyə bununla PKK və onun törəmələrinə ciddi psixoloji zərbə də vurmuş oldu.

ABŞ PYD / YPG-yə dəstək versə belə Mənbicin itirilməsi Türkiyəyə bu qrupu tez bir zamanda məhv etməyə imkan verir. Mənbicin nəzarət altına alınması təkcə PKK və onun törəmələri ilə mübarizə üçün deyil, həmçinin ABŞ və İsrailin reallaşdırmaq istədiyi “Kürd dəhlizi”nin də qarşısını almaq yolunda ciddi önəm daşıyırdı.

İraqdan Aralıq dənizinə qədər qurulması nəzərdə tutulan “Kürd dəhlizi” planı Əsəd rejiminin devrilməsindən sonra öz aktuallığını daha da artırmışdı. Xüsusilə, Rusiyanın hərbi bazalarını regiondan çıxarması prosesi gücləndirirdi. ABŞ 2017-ci ildən bu dəhlizin qurulmasına çalışır və son günlər baş verən proseslərin fonunda işini daha da sürətləndirmişdi.

Mənbicin YPG / PYD-nin əlindən çıxması bu dəhlizin açılmasını çətinə saldı və ABŞ-nin Suriyadakı planını alt-üst etdi. Bu əməliyyat həmçinin Türkiyənin Suriyanın gələcəyi ilə bağlı əsas söz sahiblərindən biri olmasına səbəb olacaq.

Ankara masada öz əlini gücləndirir. PKK və onun törəmələrinə qarşı əməliyyatlar genişləndikcə Türkiyə həm Suriya, həm də İraqda daha güclü hala gələcək.

Avropa İttifaqı Gürcüstana qarşı faşist kimi davranır | Papuaşvili

Avropa İttifaqı Gürcüstana qarşı faşist kimi davranır | Papuaşvili

Dünya
25 iyun 2026 358 baxış
122 raketlik kreyser İranın qapısında: "USS Princeton"un gəlişi nədən xəbər verir? - AKTUAL GÜNDƏM

122 raketlik kreyser İranın qapısında: "USS Princeton"un gəlişi nədən xəbər verir? - AKTUAL GÜNDƏM

Dünya
25 iyun 2026 358 baxış
Lukaşenko Rusiyanın Ukrayna ilə müharibəyə girmək tələbini rədd etdi

Lukaşenko Rusiyanın Ukrayna ilə müharibəyə girmək tələbini rədd etdi

Dünya
25 iyun 2026 358 baxış
Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı davam etdirəcək?

Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı davam etdirəcək?

Dünya
25 iyun 2026 358 baxış
“İnsanların olduğu yerdə qorxur” | Bu kişi ədalətsizlik sayəsində varlandı, amma... - Baku TV

“İnsanların olduğu yerdə qorxur” | Bu kişi ədalətsizlik sayəsində varlandı, amma... - Baku TV

Dünya
25 iyun 2026 358 baxış
Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib

Özbəkistanın məşhur "Əndican rəqsi" "Ginnesin Rekordlar Kitabı"na daxil edilib

Dünya
25 iyun 2026 358 baxış
Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Livanın cənubunda yaradılacaq "pilot zonaları" ilə bağlı müzakirələr

Dünya
25 iyun 2026 358 baxış
Avropa İttifaqında rəsmi qalmaqal | Leyenə qarşı araşdırma başladı

Avropa İttifaqında rəsmi qalmaqal | Leyenə qarşı araşdırma başladı

Dünya
25 iyun 2026 358 baxış
İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

İsti havalarda qəhvə içmək ürək-damar sisteminə necə təsir edir?

Dünya
25 iyun 2026 358 baxış
Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Vəsait İranın nüvə materiallarının utilizasiyasına xərclənəcək

Dünya
25 iyun 2026 358 baxış
Seçilmişlər
icon