ABŞ və NATO müharibəyə hazırlaşır? | ”Savaşın sülh yolu ilə başa çatması mümkündür”
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Rusiya-Ukrayna savaşının sülh yolu ilə başa çatması hələ də mümkün hesab olunur.
“Mən ABŞ Prezidenti Donald Tramp kimi sülhün yeganə yol olduğuna inanmağa davam edirəm”, – deyə M.Uitaker qeyd edib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibə bir növ “gələcəyin döyüş laboratoriyası”na çevrilib və müasir hərbi əməliyyatların aparılma üsullarının nə qədər dəyişdiyini göstərib.
“Ukrayna tərəfi bu sahədə heç bir yardıma arxalanmadan, öz resursları ilə Rusiyaya qarşı apardığı müharibəni davam etdirmək üçün bacardığı qədər sürətlə hərəkət edir və bu prosesdən ABŞ ilə NATO da dərs çıxarmalıdır. Biz belə bir müharibəyə hazır olduğumuza əmin olmalıyıq, çünki burada gördüklərimiz indiyədək şahidi olduqlarımızdan tamamilə fərqlidir”, – deyə o vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
