ABŞ və Rusiya arasında "tanqo davası": ABŞ bunu bacarmır
Yeniliklərdən dərhal xəbərdar olun
“Vaşinqton birlikdə “tanqo rəqsi” etməyi bilmir və bütün məsələləri güc mövqeyindən həll etməyə çalışır”.
Xarici agentliklər xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin söyləyib.
Rusiya lideri bununla ABŞ dövlət katibi Antoni Blinkenin “Rusiya və Ukrayna öz tanqolarını oynayır” sözlərinə cavab vermiş olub.
“Amerikalılara gəlincə, heç özləri tanqonu necə ifa edəcəklərini bilmirlər. Əlbəttə, bu, gözəl, heyrətamiz musiqi və gözəl hərəkətlərdir, lakin ABŞ hər şeyi güc mövqeyindən həll etməyə çalışır. Bu ya iqtisadi sanksiyaların, maliyyə məhdudiyyətlərinin köməyi ilə, ya da hərbi güc tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə həyata keçirilir. Onlar kiməsə nələri isə öyrətməyə çalışırlar, lakin özləri bunu necə edəcəklərini bilmirlər və istəmirlər, çox güman ki, sadəcə istəmirlər”, – deyə V.Putin vurğulayıb.
#Antoni Blinken teqi istifadə olunub
