Peskovdan Blinkenə sərt reaksiya | Bu, utancvericidir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ nümayəndəsinin bu qədər utandırıcı və kobud bəyanat verəcəyinə inanmaq çətindir”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibi Entoni Blinkenin helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Düzünü desəm, mən hələ bu açıqlamanı orijinalda görməmişəm. İnanmaq çətindir ki, diplomat, xüsusən də ABŞ kimi bir ölkənin yüksək rütbəli nümayəndəsi diplomatik baxımdan belə utandırıcı bəyanat verə bilər və mahiyyət etibarı ilə desək, bu, bütöv bir xalqa qarşı kobud bir ifadədir”, – D.Peskov bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı “Onun hakim və prezident kimi fəaliyyətini xatırlasaq və bir daha belə fəaliyyətlərdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bəli, İran xalqı üçün daha yaxşısı oldu” deyib.
#ABŞ teqi istifadə olunub
- İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV
- Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təminat verilə bilərmi? - Baku TV
- İsrail və ABŞ İrana qarşı yeni hərbi əməliyyat ehtimalını müzakirə edir - Baku TV CANLI
- ABŞ və İsrail yeni hərbi əməliyyatı nəzərdən keçirir
- "Mossad"ın gizli dosyesi Trampın qərarını dəyişəcək? - Baku TV
