Pleyeri seçin:

ABŞ və Ukrayna razılaşdı | Tramp-Zelenski danışığının detalları

20 mart 2025 183 baxış

“ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı yaxşı keçib. Zelenski ABŞ-nin dəstəyinə görə Trampa təşəkkür edib”.

Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Zelenski Trampdan mülki insanları qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemləri, xüsusilə “Patriot” raket sistemləri istəyib:

“ABŞ Prezidenti Zelenskinin xahişinə müsbət cavab verib. Donald Tramp xüsusilə Avropada mövcud olan raketlər üzərində birgə işləməyə razılıq verib. Bundan əlavə, Ukraynaya müdafiə baxımından kəşfiyyat məlumatlarının ötürülməsi davam edəcək”.

Ağ Evin sözçüsü bildirib ki, Tramp Zelenskiyə Putinlə telefon söhbəti və müzakirə olunan əsas məsələlər barədə tam məlumat verib.

Liderlər Kurskdakı vəziyyəti nəzərdən keçiriblər və döyüş meydanında vəziyyətin inkişafı ilə bağlı müdafiə qərargahları arasında yaxından məlumat mübadiləsi aparmağa razılaşıblar.

Kerolayn Livitt qeyd edib ki, Tramp Ukraynadakı müharibəni əbədi olaraq bitirməkdə qərarlıdır:

“Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. Prezident Tramp sayəsində buradayıq. Bir neçə il əvvəl bu müharibədə qismən atəşkəsə nail olmaq mümkün deyildi”.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, hər iki lider enerji infrastrukturlarına hücumla bağlı qismən atəşkəs, eləcə də ABŞ və Ukraynadan olan ekspert qruplarının yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşəcəyi barədə razılığa gəliblər.

Banner
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 183 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 183 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 183 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 183 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 183 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 183 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 183 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 183 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 183 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 183 baxış
Seçilmişlər
icon