ABŞ xarici vətəndaşların təxliyəsində qarant rolunda
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və HƏMAS arasında gedən döyüşlərdə yaralanan və ərazini tərk etmək istəyən xarici pasport sahiblərinin ABŞ-nin nəzarəti altında Qəzza ilə Misiri birləşdirən “Rəfah” sərhəd-keçid məntəqəsi vasitəsilə köçməsinə imkan verəcək qərar Qətərin vasitəçiliyi ilə qəbul edilib.
“Al Arabiya News”un verdiyi məlumata görə, artıq ilk köç edənlər qeydə alınır.
Misir Səhiyyə Nazirliyindən bildirilib ki, ilk yaralı qəzzalılar “Rəfah” keçidi vasitəsilə Misirə təxliyə ediliblər.
Misir Rəfahdan 15 kilometr aralıda Şeyx Zuveyd şəhərində səhra xəstəxanası hazırlayıb. Bu səyyar xəstəxanada yer az olarsa, Qəzzadan təxliyə edilənlər İsmailiyyə şəhərindəki yerli xəstəxanaya göndəriləcəklər.
İlkin məlumatlara görə, yaxın günlərdə 81 yaralı və 500-dən çox xarici pasport sahibinin “Rəfah” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Misirə aparılacağı gözlənilir. “Rəfah” keçid məntəqəsinin təxliyə üçün nə qədər açıq qalacağı məlum deyil.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
