ABŞ-yə səs salan xəbər | MKİ rəsmisinin oğlu niyə Ukraynaya qarşı döyüşüb?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Culian Qlossun oğlu Maykl Qloss Ukraynada gedən döyüşlərdə həlak olub.
Aprelin 4-də baş verən olayın təfərrüatı məlum olub.
Belə ki, 21 yaşlı Maykl Qloss Rusiya ordusu sıralarında vuruşub. O, Rusiya Müdafiə Nazirliyi ilə 2023-cü ilin payızında müqavilə imzalayıb. Maykl Qlossun çağırış ünvanı Moskvadakı Yabloçkova küçəsi göstərilib.
Müqavilədən sonra iki həftə təlim keçib, ardınca Ryazandakı 137-ci alaya köçürülüb.
2023-cü ilin dekabrında o, cəbhəyə yollanıb. Donetskdəki döyüşlərdə iştirak edib. Dəqiq ölüm səbəbi açıqlanmır.
Əsgər yoldaşlarının sözlərinə görə, döyüşlərə qatılma səbəbi Rusiya pasportu əldə etmək istəyi ilə bağlıdır.
Qeyd edək ki, onun anası Culian Qloss Mərkəzi Kıəşfiyyat İdarəsinin direktor müavinidir, atası Larri Qloss isə İraq müharibəsi veteranıdır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
