Ağ Ev seçim qarşısında | ABŞ-nin pulu tükəndi?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin öz silah və sursat ehtiyatlarını artırmaq üçün təxminən 1 milyard dollar vəsaiti qalıb.
Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin rəhbəri Şalanda Yanq məlumat verib.
Bildirib ki, buna baxmayaraq, yenə də hər şey veriləcək siyasi qərardan asılıdır:
“Dünyadakı vəziyyət çətinləşdikcə biz öz döyüş hazırlığımızı artırmalı, hərbi arsenalımızı gücləndirməliyik. Öz ölkəmizi riskə ata bilmərik. ABŞ özünün döyüş hazırlığını təmin etmək və müttəfiqlərini, o cümlədən Ukraynanı dəstəkləmək arasında seçim etməməlidir.
Rusiya-Ukrayna müharibəsi başlayandan ABŞ-nin Ukranaya göndərdiyi maddi və hərbi sursat o qədər çox olub ki, indi Ağ Ev ciddi seçim qarşısındadır. Ya Ukraynanı dəstəkləməyə davam etməli, ya da öz hərbi sursat ehtiyacını ödəməlidir”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
