Ağ Evdən İrana xəbərdarlıq | Müharibə genişlənir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər İran regionda gərginliyi azaltmaq istəyirsə, öz proksi qruplarına dəstəyi dayandırmalıdır”.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranın xarici işlər nazirinin bəyanatlarına cavab olaraq bildirib.
“Əgər İran hökuməti gərginliyin artmasından narahatdırsa, onların edə biləcəyi ən yaxşı şey HƏMAS və HİZBULLAH-a, o cümlədən İraq və Suriyada dəstəklədikləri milis qruplarına dəstək verməməkdir. Biz daha geniş müharibə görmək istəmirik. Heç kimlə müharibə və ya münaqişə axtarmırıq”, – o vurğulayıb.
Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “ABC News” telekanalına müsahibəsində bölgədəki müharibənin genişlənmə riskinin kəskin artdığını bildirib.
#ABŞ teqi istifadə olunub
- Rusiyaya qarşı sanksiya ABŞ-nin özünə zərbə vuracaq? - Baku TV CANLI
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
