Ağ Evin mətbuat katibi Floridadakı kritik görüşdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün sülh sazişinə nail olunması perspektivlərinə çox nikbin yanaşır”.
Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt xüsusi nümayəndə Stiv Uitkoffun Moskvaya gözlənilən səfəri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
“Administrasiya çox nikbindir. Prezidentin bütün komandası – S.Uitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident, Pentaqon rəhbəri Pit Heqset – bu istiqamətdə inanılmaz dərəcədə çox çalışıb", – deyə K.Livitt bildirib.
Sözçü qeyd edib ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna arasında danışıqlar çox yaxşı keçib və hazırkı fəallığı “məqsədli diplomatiya” adlandırıb. Onun sözlərinə görə, Vaşinqton hər iki tərəflə bərabər şəkildə danışır.
K.Livitt vurğulayıb ki, mümkün sazişin əsas bəndləri artıq kağız üzərində əks olunub və əhəmiyyətli dərəcədə işlənib.
O əlavə edib ki, sazişin detalları hələ də danışıqlar mövzusu olaraq qalsa da, Ağ Ev pozitiv əhvali-ruhiyyədədir və müharibənin başa çatacağına ümid edir.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
