Pleyeri seçin:

Aİ Gürcüstanı nədən məhrum edir? | Qalmaqallı qanun ləğv edilə bilər

25 iyun 2024 711 baxış

“Xarici təsirin şəffaflığı” haqqında qanun ləğv olunmazsa, Avropa İttifaqı Gürcüstanı maliyyələşdirmədən və tədarüklərdən məhrum etməyə hazırdır.

Bunu təşkilatın xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti fəaliyyət istiqamətini dəyişməsə, ölkə Avropa İttifaqına gedən yolda irəliləyə bilməyəcək:

“Təəssüflə bildirməliyik ki, ölkədə Avropa İttifaqı və onun dəyərləri haqqında geniş yayılmış dezinformasiya var. Biz eşitdik ki, hətta dövlət rəsmiləri də sözügedən qanunun Gürcüstanı Aİ-yə yaxınlaşdırdığını iddia edirlər. Mən açıq şəkildə bildirmək istəyirəm. Bu, tamamilə yanlışdır.

Bu layihə Gürcüstanı ittifaqdan uzaqlaşdırır və bu bəyanatı təşkilata üzv olan 27 dövlətdən 26-sı dəstəkləyir. Biz baş verən proseslərin ölkə əhalisinin narazılığı ilə qarşılanmasından da xəbərdarıq.

Bir daha vurğulamaq istəyirəm ki, əgər Gürcüstan hökuməti fəaliyyət istiqamətini dəyişməsə, ölkə Aİ-yə gedən yolda irəliləyə bilməyəcək. Onu da qeyd edim ki, vətəndaşlara və ölkə mediasına dəstəyimizi də davam etdirəcəyik.

Biz hökumətə maliyyə yardımımızı dayandırmaq məsələsinə yenidən baxacağıq və Avropa Sülh Fondundan dəstək məsələsini də bir daha nəzərdən keçirəcəyik. Bu qərar dərhal qəbul edilə bilər. Lakin biz regionda vəziyyəti nəzarətdə saxlamağa davam edəcəyik. Əgər vəziyyət daha da pisləşərsə, biz bu məsələ ilə bağlı ciddi tədbirlər görəcəyik”.

Məlumat üçün bildirək ki, Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi ölkədə baş verən etirazlara baxmayaraq qəbul edilib. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının liderləri bildiriblər ki, sözügedən qanun yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığına xidmət edir.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 711 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 711 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 711 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 711 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 711 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 711 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 711 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 711 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 711 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 711 baxış
Seçilmişlər
icon