Pleyeri seçin:

Almaniya Ordusunda məzuniyyətlər ləğv edildi

24 aprel 2026 480 baxış

Almaniyanın Silahlı Qüvvələri Hörmüz boğazında mümkün əməliyyata cəlb oluna biləcək hərbçilər üçün məzuniyyətləri qadağan edib.

Bu barədə “Bild” nəşri üçüncü minatəmizləmə eskadrasının komandiri İnka fon Puttkamerə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Almaniya Hörmüz boğazında minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə mümkün əməliyyatda iştirak etməyə hazırlaşır. Almaniya kansleri Fridrix Merts artıq siyasi kursu müəyyən etsə də, yekun qərar hələ verilməyib.

Məlumata görə, hərbi-dəniz qüvvələrində hazırlıq prosesi intensiv şəkildə davam edir: əməliyyat planları hazırlanır, yeni dronlar alınır, şəxsi heyətin döyüş hazırlığı artırılır və hərbçilərə məzuniyyətə çıxmaq qadağan olunur.

“Ekipajlarımız yüksək döyüş hazırlığı vəziyyətindədir. Lakin Hörmüz boğazındakı şərait fərqlidir – bu regionu kifayət qədər yaxşı tanımırıq”, – deyə İnka fon Puttkamer bildirib.

O əlavə edib ki, mümkün atəşkəs olmadan bölgəyə göndərilmə nəzərdə tutulmur.

Bununla yanaşı, Müdafiə Nazirliyi əlavə maliyyə ayırıb, yeni texnika – dronlar və rabitə sistemləri alınır ki, hərbçilər əməliyyat zonasından ailələri ilə əlaqə saxlaya bilsin.

Bildirilir ki, qüvvələrin Fars körfəzinə göndərilməsi təxminən beş həftə çəkə bilər, missiyanın müddəti isə hələ məlum deyil.

Mənbə qeyd edir ki, Bundesverin 10 minatəmizləmə gəmisi olsa da, onların yalnız bir hissəsi qısa müddətdə əməliyyata hazır vəziyyətə gətirilə bilər. Donanmanın bir hissəsinin Egey dənizi və NATO-nun daimi qüvvələrindən cəlb olunması planlaşdırılır.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 480 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 480 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 480 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 480 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 480 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 480 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 480 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 480 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 480 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 480 baxış
Seçilmişlər
icon