Pleyeri seçin:

Almaniya və Britaniyanın Ukraynaya hərbi dəstəyi davam edir

17 dekabr 2025 465 baxış

Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə sahəsində 685 milyon avro məbləğində böyük hərbi yardım paketi ayırdığını elan edib.

Bu barədə Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Onun fikrincə, bu, Ukraynanın şəhərləri, kəndləri və enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün kritik əhəmiyyət daşıyır. O vurğulayıb ki, London öz tərəfdaşları ilə birlikdə sülhün təmin edilməsi üçün Ukrayna dəstəyini davam etdirəcək.

Almaniya isə Ukrayna Silahlı Qüvvələrinə iki ədəd "Patriot" hava hücumundan müdafiə sistemi və doqquzuncu "IRIS-T" kompleksini artıq təhvil verib.

Bundesver həmçinin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Almaniya arsenalından böyük miqdarda "AIM-9 Sidewinder" raketlərini Ukraynaya tədarük edəcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius qeyd edib ki, Berlin NATO-nun "PURL" mexanizmi vasitəsilə ABŞ arsenallarından kritik əhəmiyyətli silah və sursat alınması üçün Kiyevə əlavə 200 milyon dollar ayırıb.

Bu arada, Avropa İttifaqı Ukrayna üzrə Kompensasiya Komissiyasına 1 milyon avro məbləğində yardım ayıracaq. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın sözlərinə görə, Rusiya dağıtdığı evlər, məktəblər və xəstəxanaların pulunu ödəmək məsuliyyətindən yayına bilməz.

"Haaqada Rusiyanın müharibədə Ukraynaya vurduğu ziyanla bağlı qaldırılan məsələlərin həlli üçün komissiya yaratdıq. Aİ bu komissiyanın işini dəstəkləyəcək və ilkin mərhələdə 1 milyon avro ianə ödəyəcək", – deyə K.Kallas əlavə edib.

Banner
Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Dünya
09 oktyabr 2026 465 baxış
İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

Dünya
09 oktyabr 2026 465 baxış
Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Dünya
09 oktyabr 2026 465 baxış
Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Dünya
09 oktyabr 2026 465 baxış
Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Dünya
09 oktyabr 2026 465 baxış
Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Dünya
09 oktyabr 2026 465 baxış
Qədim istehkam turistləri cəlb edir

Qədim istehkam turistləri cəlb edir

Dünya
09 oktyabr 2026 465 baxış
32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

Dünya
09 oktyabr 2026 465 baxış
Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb

Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb

Dünya
09 oktyabr 2026 465 baxış
Pezeşkianla görüşdə Putin hansı mesajları verdi? - Baku TV

Pezeşkianla görüşdə Putin hansı mesajları verdi? - Baku TV

Dünya
09 oktyabr 2026 465 baxış
Seçilmişlər
icon