Pleyeri seçin:

Almaniyanın sirləri Rusiyaya ötürüldü | Almaniya MN-dən açıqlama

04 mart 2024 114 baxış

Almaniyalı general-leytenant İnqo Qerharts ilə Böyük Britaniyadan olan həmkarı arasında Ukrayna ilə bağlı 38 dəqiqə çəkən telefon danışığı səhvən Rusiyaya ötürülüb.

Onların rəsmi Kiyevə yardımla bağlı danışıqlarını şərh edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bunu Almaniyanın rəsmi Moskvaya qarşı müharibəyə hazırlaşmasının sübutu kimi qiymətləndirib.

Ölkənin xarici işlər naziri Sergey Lavrov isə rəsmi Berlinin öz əli ilə öz hərbi sirlərini açdığını və ictimaiyyətə ifşa olunduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, Rusiyanın “Russia today” televiziyasının rəhbəri Marqarita Simonyan danışıqların mətnini sosial şəbəkə hesabında paylaşıb.

Məsələyə Kremldən də reaksiya verilib. Rəsmi Moskva sözügedən telefon danışığının NATO hərbçiləri tərəfindən sızdırıldığını iddia edib.

Hadisə ilə bağlı açıqlama verən Almaniya Müdafiə Nazirliyi telefon danışıqlarının real olduğunu təsdiqləyib:

“Bu proses Vladimir Putinin apardığı informasiya müharibəsinin bir hissəsidir. Buna qətiyyən şübhə yoxdur. Bu, dezinformasiyaya yönəlmiş hücumdur. Söhbət ölkəni parçalamaqdan, bizim qətiyyətimizi sarsıtmaqdan gedir. Buna görə də biz tələsmədən və düzgün şəkildə bu məsələyə reaksiya bildirməliyik.

Heç kim telefon danışığının təsadüfən sızdırıldığına inanmır. Aleksey Navalnının dəfn mərasimində “Wirecard” qalmaqalı ilə bağlı açıqlamalardan sonra təsadüfən bu səs yazısı yayılır. Bütün bunlar açıq-aydın bizim birliyimizi pozmağa yönəlib. Mən ümid edirəm ki, V.Putin uğur qazanmayacaq, əksinə, biz birliyimizi qoruyacağıq”.

Məsələyə Almaniya Kansleri Olaf Şoltsun reaksiyası da gecikməyib:

“Orada danışılanlar çox ciddi məsələlərdir. Ona görə də həmin danışıqların kim tərəfindən və necə sızdırıldığını dəqiq və ətraflı şəkildə araşdırırıq. Sürətli olmaq lazımdır”.

Qeyd edək ki, sözügedən danışıqlar zamanı Almaniyanın “Taurus” və Fransanın “Storm Shadow” raketlərinin Ukraynaya verilməsi məsələsi müzakirə olunub. İki ölkənin yüksəkrütbəli zabitləri həmçinin raketlərin necə və hansı üsullarla çatdırıla biləcəyi, Rusiyadakı Kerç körpüsünün vurulmasının mümkünlüyü, eləcə də ukraynalı hərbçilərin Almaniyada təlim keçməsi barədə də danışıblar. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 114 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 114 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 114 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 114 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 114 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 114 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 114 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 114 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 114 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 114 baxış
Seçilmişlər
icon