Amerika cinayət törədir, cavabımız sərt olacaq! | İran generalı
Yeniliklərdən dərhal xəbərdar olun
“Amerikalılar hər dəfə cinayət törədəndə bizim qətiyyətli cavabımızla qarşılaşıblar. Bu dəfə də istisna olmayacaq”.
Bunu İran Silahlı Qüvvələrinin baş komandanı general Əmir Hatəmi deyib.
İranın cavabı barədə müzakirələr açıldığı bir zamanda general Hatəminin bu şəkildə açıqlama verməsi onu göstərir ki, İran məsələ ilə bağlı passiv mövqe tutmayacaq.
Rəsmi Tehranın ilk cavabı Hörmüz boğazının bağlanması ola bilər. Bu, kifayət qədər riskli addım hesab edilir. İran bununla dünya bazarında neftin qiymətində artıma nail ola bilər. Bu isə bəzi ölkələrə sərf etmir.
Beynəlxalq təzyiqlə üzləşəcəyi üçün İranın Hörmüzü uzun müddət bağlı saxlaması ağlabatan variant deyil.
İkinci hücum variantı isə İranın ABŞ-nin bölgədəki hərbi bazalarına kütləvi hücumudur. Xüsusilə, İraq və Bəhreyindəki bazalar ciddi təhlükə altındadır. Lakin İran nəzərə almalıdır ki, bu, ciddi müharibə riski yarada bilər.
Daha bir variant isə İranın proksi qüvvələri ‒ “Hizbullah” və husilər vasitəsilə bölgədəki ABŞ bazalarına hücumlar təşkil etməklə bağlıdır. Bu yolla İran məsələdən daha az zərərlə çıxa bilər.
İstənilən halda verilən açıqlamalar onu göstərir ki, tərəflərin bir-birinə güzəştə getmək fikri yoxdur və müharibə hələ bir müddət davam edəcək.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
