Pleyeri seçin:

Artan yaşayış xərcləri fonunda ABŞ sakinlərinin çıxış yolu

04 mart 2026 267 baxış

ABŞ-də artan yaşayış xərcləri fonunda minlərlə vətəndaş kirayə, kommunal ödənişlər və digər gündəlik xərclərini qarşılamaq üçün qan donorluğunu maliyyə çıxış yolu kimi seçir.

Ölkə ödənişli plazma donorluğuna icazə verir və hazırda dünya üzrə plazma ixracının təxminən 70 faizini təmin edir.

Qaydalara əsasən, donorlar həftədə iki dəfə, ildə isə 104 dəfəyə qədər qan verə bilirlər. Bu isə həm qlobal tələbatın yüksək olduğunu, həm də bir çox insanın maddi çətinlik çəkdiyini göstərir.

Plazma mərkəzlərində “Möcüzə et, həyat xilas et” kimi şüarlar ön plana çəkilsə də, iqtisadi baxımdan çətin vəziyyətdə olan vətəndaşlar üçün bu proses daha çox dolanışıq vasitəsinə çevrilib.

Məlumata görə, donorların əhəmiyyətli hissəsinin illik gəliri 20 min ABŞ dollarından azdır. Onlar plazma müqabilində aldıqları vəsaiti kirayə haqqına, yanacağa və ya uşaq qidasına xərcləyirlər.

Tənqidçilər hesab edirlər ki, plazma donorluğu könüllü və humanitar əsasda olmalı, maliyyə maraqları ön planda olmamalıdır.

Beləliklə, plazma sənayesi bir tərəfdən həyati əhəmiyyətli dərmanların istehsalını təmin etsə də, digər tərəfdən ABŞ-də sosial-iqtisadi çətinliklərin dərinliyini ortaya qoyur.

"Müsəlman ittifaqı"na daha altı ölkə qoşulur? - Baku TV CANLI

"Müsəlman ittifaqı"na daha altı ölkə qoşulur? - Baku TV CANLI

Dünya
04 oktyabr 2026 267 baxış
Britaniyada əhaliyə xəbərdarlıq edilib

Britaniyada əhaliyə xəbərdarlıq edilib

Dünya
04 oktyabr 2026 267 baxış
Ebola nəzarət altına alınıb?

Ebola nəzarət altına alınıb?

Dünya
04 oktyabr 2026 267 baxış
İranın yeni iqtisadi planı

İranın yeni iqtisadi planı

Dünya
04 oktyabr 2026 267 baxış
2025-ci ildə bu rəqəm 6 milyona yaxın olub

2025-ci ildə bu rəqəm 6 milyona yaxın olub

Dünya
04 oktyabr 2026 267 baxış
Rusiya ordusunun Ukraynaya növbəti zərbələri itkilər və dağıntılarla nəticələnib - Baku TV CANLI

Rusiya ordusunun Ukraynaya növbəti zərbələri itkilər və dağıntılarla nəticələnib - Baku TV CANLI

Dünya
04 oktyabr 2026 267 baxış
Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI

Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI

Dünya
04 oktyabr 2026 267 baxış
Alimlərdən qeyri-adi təcrübə

Alimlərdən qeyri-adi təcrübə

Dünya
04 oktyabr 2026 267 baxış
Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır

Sorğu yarana biləcək sağlamlıq riskləri ilə bağlıdır

Dünya
04 oktyabr 2026 267 baxış
Ziyarətçilərə canlılara toxunmaq imkanı yaradılır

Ziyarətçilərə canlılara toxunmaq imkanı yaradılır

Dünya
04 oktyabr 2026 267 baxış
Seçilmişlər
icon