“Atəşkəs əldəolunmaz görünür” | Bayden Rusiyanı niyə dayandıra bilməmişdi?
Yeniliklərdən dərhal xəbərdar olun
"Nəzərə alsaq ki, Rusiya Ukraynaya qarşı raket və pilotsuz təyyarə hücumlarını dayandırmayıb və genişmiqyaslı müharibə başlayandan bəri Kiyevə ən ağır bombardmanlarından birini həyata keçirib, ABŞ Prezidenti Donald Trampın bu müharibəni tez bir zamanda bitirə biləcəyi ilə bağlı iddialarına rəğmən hələ də onun sona çatmasından çox uzağıq".
Bu barədə amerikalı analitiklər Ceffri Zonnenfeld və Stiven Tyan "Fortune" nəşrinə bildiriblər.
Qeyd olunub ki, Rusiya lideri Vladimir Putinlə Alyaskada keçirilən sammit zamanı Ağ Ev rəhbərinin ciddi nəticələrlə hədələməsinə baxmayaraq, atəşkəs əldəolunmaz görünür.
Nəşr ABŞ-nin keçmiş prezidenti Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əhəmiyyətli olduğunu, lakin kifayət qədər sərt olmadığını bildirir.
Bundan əlavə, Ukraynaya hərbi yardım göndərilməsi də tez-tez gecikirdi.
“Son 8 ayda verilən sərt bəyanatlara baxmayaraq, Tramp hələ də Kreml rəhbərinə real təzyiq göstərmək istəmir”, ‒ nəşr əlavə edib.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
