Pleyeri seçin:

Avropa liderləri Putinlə danışmağa hazırlaşır

20 oktyabr 2026

Avropa ölkələrinin liderləri Ukraynadakı müharibənin nizamlanması məqsədilə Rusiya ilə birbaşa dialoqu bərpa etməyə çalışacaqlar.

Bu barədə "Financial Times" qəzetinin köşə yazarı Gideon Raxman məqaləsində bildirib.

Müəllifin fikrincə, Avropanın Rusiyaya münasibətində mühüm dəyişiklik müşahidə olunur. Avropa paytaxtlarında yalnız ABŞ-nin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmasının qəbuledilməz olduğu barədə mövqe güclənir.

G.Raxman qeyd edib ki, Avropa ilə Rusiya arasında müəyyən əlaqə kanalları artıq açılıb və yaxın gələcəkdə yüksəksəviyyəli təmaslar baş tuta bilər.

Onun fikrincə, Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla ortaq mövqe formalaşdırmaq səylərinin nəticəsiz qalması Moskva ilə birbaşa dialoqa marağı artırır.

Məqalədə Rusiya ilə mümkün danışıqlarda iki fərqli sülh variantının müzakirəyə çıxarıla biləcəyi ehtimal olunur. Birinci variant döyüşlərin hazırkı təmas xətti boyunca dayandırılmasını və bunun müqabilində Ukraynanın NATO-ya üzv olmayacağına dair təminat verilməsini nəzərdə tutur. İkinci variant isə Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin Rusiyanın nəzarətinə keçməsi müqabilində Ukraynanın NATO-ya üzvlüyünə imkan yaradılmasını ehtiva edir.

G.Raxman hesab edir ki, hər iki variant Ukrayna daxilində xəyanət kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bunlar rəsmi sülh təklifləri deyil, müəllifin mümkün danışıqlarla bağlı irəli sürdüyü ehtimallardır.

Banner
Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı

Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı

Dünya
20 oktyabr 2026
Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb

Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb

Dünya
20 oktyabr 2026
Nüvə silahları tam ləğv edilə bilər? | Tramp Ağ Evdən dünyaya kritik mesaj verdi - Baku TV CANLI

Nüvə silahları tam ləğv edilə bilər? | Tramp Ağ Evdən dünyaya kritik mesaj verdi - Baku TV CANLI

Dünya
20 oktyabr 2026
Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi

Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi

Dünya
20 oktyabr 2026
Karbon qazı buğdada zülalı azaldaraq çörəyin keyfiyyətinə və həcminə birbaşa təsir edir

Karbon qazı buğdada zülalı azaldaraq çörəyin keyfiyyətinə və həcminə birbaşa təsir edir

Dünya
20 oktyabr 2026
ABŞ, Rusiya və Çin liderlərinin görüşü baş tuta bilər | Vaşinqton hansı addımı atır? - Baku TV

ABŞ, Rusiya və Çin liderlərinin görüşü baş tuta bilər | Vaşinqton hansı addımı atır? - Baku TV

Dünya
20 oktyabr 2026
Şəhər əhalisinin yarısından çoxunu yaşlı nəsil təşkil edəcək

Şəhər əhalisinin yarısından çoxunu yaşlı nəsil təşkil edəcək

Dünya
20 oktyabr 2026
SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI

SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI

Dünya
20 oktyabr 2026
Şəhərlərdə komendant saatı tətbiq edilir

Şəhərlərdə komendant saatı tətbiq edilir

Dünya
19 oktyabr 2026
Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV

Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV

Dünya
19 oktyabr 2026
Seçilmişlər
icon