Pleyeri seçin:
Avropa Putindən sonra Lukaşenkonun həbsini tələb edir
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Parlamentinin deputatları Belarus Prezidenti Aleksandr Lukaşenkonun həbsi ilə bağlı order verilməsini tələb edirlər. Deputatlar bu məqsədlə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət ünvanlayıblar.
Bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.
Deputatların sözlərinə görə, Ukraynaya dəyən zərərə və törədilən cinayətlərə görə məsuliyyəti Belarus daşıyır. Onlar uşaqların qanunsuz təxliyəsində Belarus rejiminin rolunu xüsusi vurğulayıblar.
“Avropa İttifaqı ölkələri və qurumlarını Ukraynada döyüş bölgəsindən uşaqların qaçırılmasında iştirakına görə Belarus Prezidenti Aleksandr Lukaşenkonun həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsinə order verməyə çağırırıq”, – deyə məlumatda qeyd olunub.
Kopyalandı
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
