Pleyeri seçin:

Avropada yeni ordu birliyi | Balans dəyişəcəkmi? - HƏRBİ XRONİKA

26 yanvar 2025 287 baxış

Amerika Birləşmiş Ştatlarında Respublikaçılar Partiyasının nümayəndəsi Donald Trampın prezident seçilməsi ilə dünyada bir çox tarazlıqların dəyişəcəyi barədə söhbətlər hələ bu seçkidən xeyli əvvəl gündəmin əsas mövzularından idi.

İnaqurasiya mərasimindən dərhal sonra verdiyi bir sıra sərəncamlarla D.Tramp bu gözləntilərin heç də əsassız olmadığını nümayiş etdirib. Bundan dərhal sonra diqqətlər bir daha onun seçki marafonunda verdiyi vədlərə və bəyanatlara yönəlib.

Məlumdur ki, D.Trampın seçki təbliğatı dövründə verdiyi bəyanatlarda ən çox diqqətçəkən məqamlardan biri də onun Birləşmiş Ştatların Avropadakı müttəfiqlərinin ümumi müdafiə büdcəsinə lazımi qədər vəsait ayırmamasından olan narazılığı ilə bağlı idi.

D.Tramp bu narazılıq fonunda ölkəsinin hətta NATO-dan çıxa biləcəyi ilə bağlı siqnallar verməkdən də çəkinmirdi. Rusiya-Ukrayna müharibəsinin fonunda özünü onsuz da kifayət qədər diskomfortda hiss edən Avropa ölkələrinin bu açıqlamalara reaksiyası bəzi liderlərin Avropa Birliyinin öz müdafiə qüvvələrini yaratmasının zəruriliyi barədə bəyanatları ilə ifadə olunub.

Doğrudur, ideya heç də yeni deyildi və bundan əvvəlki müxtəlif zamanlarda da Avropa Birliyinin öz müdafiə qüvvələrinin yaradılması məsələsi müzakirə mövzusu olmuşdu. Lakin bu müzakirələrin heç biri Rusiya-Ukrayna müharibəsinin indiki qeyri-müəyyən nəticələri və köhnə nizamı pozmaqda qərarlı olan yeni D.Tramp hakimiyyətinin fonunda olduğu qədər aktual deyildi.

Ukrayna ilə müharibədən mümkün qalibiyyətlə ayrılacaq Rusiyanın bu münaqişədə ona qarşı cəbhə alan Avropa ölkələrini bağışlamayacağından əmin olan siyasi liderlər D.Trampın öz mövqeyindəki ciddiliyini anladıqca Avropa Birliyinin öz silahlı qüvvələrini yaratması ideyasından daha bərk yapışmağa başlayıblar. Hərçənd onlar da yaxşı anlayırlar ki, bu məsələnin həlli nəinki asan deyil, hətta mümkünsüzlüyə xeyli yaxın dərəcədə çətin bir işdir.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 287 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 287 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 287 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 287 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 287 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 287 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 287 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 287 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 287 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 287 baxış
Seçilmişlər
icon