Avropadan İsraili dəli edəcək açıqlama: HƏMAS-ı günahlandırmaq düzgün deyil
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün fələstinlilər terrorçu deyil, buna görə də HƏMAS-ın İsrailə hücumuna görə istisnasız olaraq onları cəzalandırmaq ədalətsizdir və məhsuldar deyil. Söhbət Avropa İttifaqının (Aİ) Fələstin ərazilərinə yardımından gedir. HƏMAS-ın İsrailə hücumundan sonra Aİ xarici işlər nazirlərinin əksəriyyəti Fələstin Milli Administrasiyası ilə əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bildirib”.
Bunu Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel deyib.
“Eyni zamanda Aİ üzvlərinin əksəriyyəti Avropa Komissiyasının bizim dəstəyimizlə HƏMAS-ın terror fəaliyyəti arasında heç bir əlaqənin olmadığına əmin olmaq üçün bu yardımın necə istifadə edildiyini və onu kimin aldığını yoxlamaq təklifini dəstəkləyib”, – o deyib.
C.Borel həmçinin vurğulayıb ki, Aİ-nin bilmədən terrorçuları maliyyələşdirdiyi ortaya çıxarsa, kimsə bunun üçün siyasi məsuliyyəti öz üzərinə götürməli olacaq.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
